- Baxış sayı: 93
- 11 Yanvar 2026 16:42
- Baxış sayı: 118
- Yanvar 11, 2026
- 0

Dünən “Çinar park” mehmanxanasının iclas otağında “Arpaçay” idman birliyinin tərkibində yer alan federasiyaların iştirakı ilə geniş toplantı keçirildi. Allsport.az saytının məlumatına görə, yığıncaqda dünyaca məşhur isimlərdən Rafael Ağayev də yer almışdı.
Karatenin VKF növü üzrə olimpiya mükafatçısı, 5-qat dünya və 10-qat Avropa çempionu çıxışında Kombat peşəkar döyüş liqasının yaradılmasını yüksək qitmətləndirdi, bu ilin aprelində ilk çempionatın təşkil olunacağını alqışladı.
O bildirdi ki, karateyə verdiyi əməyi Kombatda da göstərməyə hazırdır: “Uzun illər karate idmanına töhfə vermişəm. Bildiyimi, bacarığımı Kombatda da ortaya qoymağa hazıram”.
Nəzərinizə çatdıraq ki, hazırda “Arpaçay”ın tərkibində bu idman birliyinin adını daşıyan karate klubu, “Zeyd” döyüş klubu, Kombat peşəkar döyüş liqası, künq-fu, MMA və qrapplinq federasiyaları yer alıblar.