- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 114
- Fevral 06, 2026
- 0

Qazaxıstanı təmsil edən Yelena Rıbakina, Mayamidə keçirilən turnirdə üçüncü mərhələyə adlayıb.
Allsport.az xəbər verir ki, onun rəqibi danimarkalı Klara Tauson olub. 2 saat 28 dəqiqə davam edən görüş 3:6, 7:5, 6:4 hesabı ilə başa çatıb.
Digər görüşdə belaruslu Viktoriya Azarenka amerikalı Peyton Stirnsə qalib gəlib – 7:5, 3:6, 6:4.