“RM” idman klubunun yeni təlim-məşq bazası istifadəyə verilib

Paytaxtda “RM” idman klubunun yeni təlim-məşq bazasının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan kikboksinq, muaytay, kunqfu, ciu-citsu, şaolin federasiyalarının rəhbərliyi, 2-ci Qarabağ müharibəsi qaziləri və idman ictimiayyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ölkədə idmançılara göstərilən qayğı və yaradılan şəraitdən danışıblar. Azərbaycan kikboksinq federasiyasının prezidenti Orxan Əliyev ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülən işlərdən söhbət açaraq deyib ki, kikboksinq ölkəmizdə kütləvilik baxımından ön sıralarda dayanan idman növlərindən biridir.

İdmançıların istənilən yarışlara hazırlığı üçün ən optimal şəraitin qurulduğu klubda daha effektiv bərpa da keçmək mmükün olacaq. Onlar məkanın digər imkanlarından yararlanaraq, məşqlərdə daha effektiv nəticə qazanacaqlar.

Həmin kateqoriyadan

azenrutr