- Baxış sayı: 16
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

Beynəlxalq qılıncoynatma federasiyası (FİE) Rusiya idmançılarına komanda yarışlarında neytral statusda iştirak etməyə icazə verib.
Allsport.az xəbər verir ki, rusların komanda yarışlarında mübarizə apara biləcəyi ilk turnir iyunun 14-dən 19-dək Genuyada keçiriləcək Avropa çempionatı olacaq.
Əvvəllər Rusiya qılıncoynadanları yalnız fərdi yarışlarda FİE turnirlərində iştirak edə bilirdilər. Komanda yarışlarında isə yalnız yeniyetmələrin iştirakına icazə verilirdi.