- Baxış sayı: 226
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Antalyada qılıncoynatma üzrə “B” kateqoriyalı “Satellite” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sablya üzrə qadınlardan ibarət millinin üzvü Səbinə Kərimova (Mikina) bürünc medalını qazanıb.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan həmyerlimiz, uğurlu çıxışın davamını pley-offda da davam etdirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn olimpiya iştirakçısı, 1/4 finalda türkiyəli Aylin Çağırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə 3-cü yeri özünə təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.
Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb. 6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.