- Baxış sayı: 54
- 31 Mart 2025 20:32
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
13-14 dekabrda Massaçusets ştatının paytaxtı Bostonda sablyaçılar arasında qran-pri yarışı keçirilib. Allsport.az saytının məlumatına görə, həmin yarışda ölkəmizi baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə 3 qılıncoynadan – Səbina Mikina və Sevil və Sevinc Bünyatova bacıları təmsil ediblər.
Rio-2016-ya lisenziya xalları verən sınaqda adı ilk çəkilən idmançımız fərqlənib. O, qrupunda 5 görüşdə qələbə çalıb. 1/64 finaldan yenidən mübarızəyə qoşulan Səbina Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlib. Yarımfinalda rusiyalı həmkarına uduzan qılıncoynadanımız bürünс medal qazanıb.
Üstəlik, 30 lisenziya xalı yığaraq, Rio-2016-ya yollanmaq imkanını yaxşılaşdırıb. Milli komandamızın bu aparıcı üzvü ABŞ-a qalacaq. Ev sahibilərinin dəvəti ilə o, Dallasda 1 aylıq təlim-məşq toplanışını davam etdirəcək.