Sabah final döyüşündə 6 boksçumuz rinqə çıxacaq

İslam oyunlarının boks yarışında 1/2 final mərhələsi sona yetib. Allsport.az saytı xəbər verir ki, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) da adını həlledici döyüşə yazdırıb. O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.

Sabah qızıl medal üçün döyüşlərdə adı çəkilən rinq ustası ilə yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda mübarizə aparacaq.

Komandamızın heyətində Tayfur Əliyev (56 kq) çıxışını bürünc medalla başa vurub.

Həmin kateqoriyadan