- Baxış sayı: 230
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 95
- Fevral 06, 2026
- 0

Bu gün İstanbulda qadın sablyaçıların dünya kubokunda komanda yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət milli ilk görüşdə Polşaya 45:43 qalib gəlib.
1/4 finalda İtaliya seçməsinə 32:45 uduzan komandamız, 5-8-ci yerlər üçün Bolqarıstana (45:33) və Yaponiyaya (45:34) qalib gələrək, yekun sıralamada 22 ölkə arasında 5-ci olub.