Sablya və şpaqa üzrə ən yaxşılar bilindi

Qılıncoynatma üzrə yeniyetmə və gənclərin ölkə birinciliyinə start verilib.

Allsport.az xəbər verir ki, Azərbaycan texniki universitetinin idman sarayında keçirilən yarışın ilk günündə yeniyetmə qılıncoynadanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib. Yarış Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sablya.

Oğlanlar:

1. Abbas Hüseynov

2. Nəcəf Şabanlı

3. Ayxan İslamzadə, Daniel Verstakovas

Qızlar:

1. Valentina Zeynalova

2. Leyla Əhmədova

3. Fərəh Abasova, İrina Lobas

Şpaqa.

Oğlanlar:

1. Mirxətai Məmmədov

2. Abbas Səmədli

3. Üzeyir Əlizadə, Oruc Misirzadə

Qızlar:

1. Esnat Mirzəyeva

2. Nəzrin Mehdiyeva

3. Minayə Qəribzadə, Xatun Bayramova

Gənclər və idman nazirliyi və Azərbaycan qılıncoynatma federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif edilib.

Həmin kateqoriyadan