- Baxış sayı: 226
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Dubayda qılıncoynatma üzrə dünya birinciliyinin 3-cü günündə gənc sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət milli ilk görüşündə yerli BƏƏ-yə 45:25 qalib gəlib.
Oqlanlarımız 8 komanda sırasına yüksəlmək uğrunda Macarıstana 23:45 uduzub. 9-16-cı yerlər üçün ilk görüşdə koreyalı həmkarlarına 16:45 uduzan komandamız, 13-16-cı yerlər uğrunda Braziliya yığmasına 45:40 qalib gəlib.
Dünya birinciliyində son görüşdə Gürcüstan millisinə 38:45 yenilən qılıncoynadanlarımız yekun sıralamada 14-cü yeri tutub.