- Baxış sayı: 105
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmə qız sablyaçıların “Riposta kuboku”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Zərifə Hüseynova 6-cı olub. Valentina Zeynalova 32-liyə yüksəlmək uğrunda görüşdə yenilib.
Fərəh Abbasova və Alla Həsənova qrup mərhələsini adlasa da, pley-ofda mübarizəni dayandırıblar. Fidan Quliyeva növbəti raunda adlaya bilməyib.
Komanda yarışında ilk görüşündə İspaniyanın 2-ci komandasına 45:16 hesabı ilə qalib gələn milimiz, 2-ci qarşılaşmada ABŞ yığmasına 37:45 uduzub.
Oğlan sablyaçıların şəxsi yarışında Nahid Məmmədli, Timur Husnaddinov və Rəsul Əliyev qrupu adlasalar da, 64-lüyə yüksələ bilməyiblər.
Yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında Yunanıstanın 3-cü komandasına 41:45 hesabı ilə məğlub olub.