- Baxış sayı: 231
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 109
- Fevral 06, 2026
- 0

Tiflisdə sablyaçıların dünya kubokununda qadınların şəxsi çıxışlarına yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Lusia Martinə (İspaniya) 15:9, sonra yaponiyalı Şihomi Fukuşimanı 15:14 qalib gəlib. O, 1/16 finalda fransalı Manon Brunetə 13:15 yenilib.
Əsas mərhələyə təsnifatdan yüksələn Səbinə Kərimova ilk görüşdə rusiyalı Olqa Nikitinaya 8:15 məğlub olub. Digər təmsilçimiz Sevil Bünyatova isə əsas mərhələdə Gürcüstan sablyaçısı Teodora Kakhianiyə 9:15 uduzub.