- Baxış sayı: 230
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 95
- Fevral 06, 2026
- 0

Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova Macarıstanın Gyodölle şəhərində yeniyetmələr arasında keçirilən “Huniber cup” turnirində 140-dan çox iştirakçı arasında 10-cu olub.
Allsport.az xəbər verir ki, qrup mərhələsini mütləq nəticə ilə başa vuran Zərifə turnirin 1/8 finalına kimi irəliləməyi bacarıb. Zərifə ən güclü 8 sablyaçı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Konstantina Kefalaya 14:15 hesabı ilə uduzub.
Oğlanların şəxsi yarışında yeniyetmə sablyaçılarımız Nurlan Zeynallı və Ayxan Xasiyev qrup mərhələsini adlasalar da, pley-offda keçirdikləri ilk görüşdə məğlub olublar.