- Baxış sayı: 96
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 96
- Dekabr 05, 2025
- 0

Sablya üzrə millinin Cavanşir Ağakişiyev Tehranda gənclərin dünya kubokunda bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, qrupda keçirdiyi 6 görüşdən 4-ü qalib başa vuran qılıncoynadanımız, 1/16 finalda Qazaxıstan, sonra Türkiyə təmsilçisini üstələyib.
1/4 finalda Honkonq idmançısı da uduzub. Yarımfinala yüksəlməklə bürünc medalını təmin edən Cavanşir Ağakişiyev belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə 13:15 hesabı ilə uduzub.
Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Xalid Əsədov növbəti mərhələdə Əfran Şokouhiyə 10:15 yenilib.