- Baxış sayı: 36
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 72
- Aprel 04, 2025
- 0
Macarıstan paytaxtı Budapeştdə qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi çıxışı sona yetib. Allsport.az saytı xəbər verir ki, Anna Başta 1/32 finalda almaniyalı Li Krugerə 15:10 qalib gəlib. O, növbəti mərhələdə İtaliya idmançısı İren Vecci üzərində 15:7 hesablı qələbə qazanıb. 1/8 finalda fransalı Sesiliya Berderə 11:15 uduzub. Anna sonda 13-cü olub.
Digər sablyaçımız Valeriya Bolşakova 1/32 finalda italiyalı Rossella Qreqorioya 10:15 məğlub olaraq, çempionatını 45-ci sırada başa vurub. Səbinə Kərimova 1/32 finalda çinli Yaqi Şaoya 6:15 hesabı ilə uduzub, yekunda 56-cı olub.