- Baxış sayı: 38
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 62
- Aprel 09, 2025
- 0
Belçikanın Gent şəhərində “Satellite” seriyalı yarışda qadın sablyaçımız Anna Başta uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, qrupda 6 görüşü qalib başa vuran milli üzvü 1/16 finalda kolumbiyalı Quarin Lopezi (15:5), sonra yerli Jolien Korteyni 15:11 yenib.
1/4 finalda Azərbaycan dueli baş tutub. Qrup mərhəsini 5 qələbə ilə başa vuraraq pley-offda Almaniya təmsilçisi Liza Ruetgers (15:4) və honkonqlu Au Sin Yinq (15:13) üzərində qələbə qazanan Sevil Bünyatova legionçumuzarəqib olub.
Maraqlı mübarizə şəraitində keçən görüşdə Anna Sevili 15:11 məğlub edib. Başta yarımfinalda argentinalı Maurise Perezi 15:4, finalda hindistanlı Anandha Çadalavadanı 15:10 üstələyib.
Aysel Əhədova 1/16 finalda uduzub.