Sinner Cokoviçi üstələdi

Dünyanın birinci raketkası italiyalı Cannik Sinner 9 milyon dollar mükafat fondu olan “Masters” yarışının qalibi olub.
Allsport.az xəbər verir ki, final görüşündə Sinner dünya reytinqində 4-cü olan serbiyalı Novak Cokoviçə qalib gəlib. 1 saat 37 dəqiqə davam edən oyun 7:6 (7:4), 6:3 hesabı ilə başa çatıb.
Sinner bu mövsüm 8 finaldan 7-də qalib gəlib. Bu, onun karyerasında 17-ci tituludur. Sinner və Cokoviç arasında şəxsi görüşlərin hesabı 4-4 olub.

Həmin kateqoriyadan