- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 77
- Aprel 20, 2025
- 0
Texniki universitetinin idman sarayının qılıncoynatma zalında şpaqa üzrə məşqçilər üçün seminar keçirilib.
Allsport.az xəbər verir ki, məşğələdə moderator qismində milli komandanın məşqçiləri Sudef Quliyev və Yelena Mironyuk çıxış edib. Seminarda məşqçilərə ilkin mərhələdə qruplarda uşaqlarla işləməyin metodikası, ümumi fiziki və texniki hazırlıq haqqında məlumat verilib.
Bundan əlavə, seminarda məşqçilərin uşaqlarla psixoloji hazırlıq məsələlərinə də toxunulub.