- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 59
- Aprel 23, 2025
- 0
Şpaqa üzrə millimiz Xarkovda Leonid Averbaxın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edib. Allsport.az xəbər verir ki, Azərbaycanla yanaşı, ev sahibi Ukrayna, ABŞ, Qazaxıstan, Yaponiya və Özbəkistanı təmsil edən şpaçıların turniri 5 mərhələdən ibarət olub: 3 qrup mərhələsi və pley-off sistemindən ibarət olan turnirdə kişilərin mübarizəsində 188 idmançı qüvvəsini sınayıb.
Təmsilçilərimizdən Kənan Əliyev və Ruslan Həsənov ən güclü 16 kişi şpaqaçı sırasında yer alıb.
Qızlar arasında ən yaxşı göstərici 124 idmançı arasında 32 ən güclü şpaqaçı sırasına yüksələn Xədicə Həsənliyə məxsusdur. Aynur Quliyeva 2 tur adlamağı bacarsa da, 3-cü mərhələdə uduzub. Nazilə Rəhimova isə ilk mərhələdə məğlub olub.
Komanda yarışında Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət birinci komandamız Xarkovun ikinci komandasına 45:41 hesabı ilə qalib gəlib. Komandamız ikinci görüşdə Kiyevi təmsil edən komandaya 36:45 hesabı ilə uduzub.
Nazilə Rəhimova, Xədicə Həsənli, Aynur Quliyevadan ibarət komandamız ilk görüşündə Dneprin ikinci komandasına 44:45 hesabı ilə uduzub. İkinci görüşündə Dneprin 3-cü komandasını 45:28 hesabı ilə məğlub edib.