- Baxış sayı: 221
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Şpaqa üzrə kişilərdən ibarət milli komandamızın üzvləri Almaniyanın Haydenhaym şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edib.
Allsport.az xəbər verir ki, Kənan Əliyev 1/32 finala yüksəlmək üçün keçirilən görüşdə Cənubi Koreya idmançısı Sonq Jae Hoya 11:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta 9:15 hesabı ilə məğlub olub.
Qrupda cəmi 1 qələbəsi olan Xalid Əliyev və Barat Quliyev isə mübarizəni erkən dayandırıb.