- Baxış sayı: 51
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Yunanıstan tennisçisi Stefanos Tsitsipas, Meksikanın Los-Kabos şəhərində (ATP-250) keçirilən turnirin ikinci turunda avstraliyalı Aleksandr Vukiç üzərində qələbə qazanıb.
Allsport.az xəbər verir ki, rəqiblər meydançada 1 saat 5 dəqiqə vaxt keçiriblər. Görüş 2 setdə yunanıstanlının 6:3, 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Tsitsipas üçün bu oyun turnirdə birinci olub. 1/4 finalda o, amerikalı Aleksandr Kovaçeviçlə görüşəcək.