Stolüstü tennisçilərimiz Çex Respublikası, Küveyt və Qətərdə yarışacaq

Stolüstü tennisçilərimiz Çex Respublikası, Küveyt və Qətərdə keçirilən yarışlarda iştirak edəcəklər. Allsport.az xəbər verir ki, fevralın 11-dən 15-dək stolüstü tennis üzrə yığmamızın 6 üzvü məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında ÇexRespublikasının Xodonin şəhərində təşkil olunan kadetlər və yeniyetmələr arasında açıq birincilikdə iştirak edəcək.

Fevralın 11-dən 16-dək məşqçilər Aleksandr Zudov və Fərhad İsmayılovun rəhbərlik edəcəyi 4 oğlan və 4 qız idmançımız Küveytdə, fevralın 17–dən 22-dək isə Qətərdə 21 yaşınadək tennisçilər arasında təşkil olunacaq açıq çempionatda mübarizə aparacaqlar.

Yığma komandamızın üzvləri fevralın 23-də vətənə dönəcək.

Həmin kateqoriyadan