- Baxış sayı: 256
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Türkiyənin məşhür döyüş təşkilatçısı və idman menecerı Kürşad Şahin paytaxtımızda “Qarabağ zəfər gecəsi“ adlı tədbir keçirəcək. “Loca Fight Club“ klubunun rəhbəri aktyor kimi də tanınır, “Qurdlar vadisi“, “Arxa küçələr“ və digər türk seriallarında yer alıb. Qonaq, Odlar yurdunda ilk dəfə möhtəşəm layihə gerçəkləşdirəcək. İyulun 2-də “Sərhədçi” olimpiya-idman kompleksində 4-ü Azərbaycandan və 4-ü isə Türkiyədən olmaqla, 8 idmançı dünya millisinə qarşı döyüşəcək – bizdən Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, qardaş ölkədən Adəm Bozqurd, Zəhra Doğan, Qalib Çəlik və Əli Kəlat yer alacaqlar. Tədbirin başlamasına 5 gün qalıb. Hazırlıq və digər məsələlərlə yaxından tanış olmaq üçün Kürşad bəylə görüşdük.
– Təşkilatçılıq işləri necə gedir? Hansısa çətinliklər olubmu?
– Qarşılaşmadığımız çətinliklər qalmayıb. Bir il ərzində Bakıya 4-5 səfərimiz oldu. Böyük minnətdarlığımız Adil Əliyevədır. Onun razılığı ilə yarışı təşkil etmək üçün yolumuzu davam edirik. Təəssüflər olsun ki, Türkiyə və Azərbaycan iş adamlarından dəstək ala bilmədik. Bütün heyət, hətta himəyadarımız “Qoç Kablo“ şirkəti Türkiyədən təşrif buyuracaq. Qarşıdan gələn tədbirimizdə bütün şəhid ailələlərini, qaziləri görməkdən çox məmmnun olarıq. Onlar üçün giriş tam sərbəstdir.
– Gələn qonaqlar sırasında məşhur “Quruluş Osman” serialında baş rolun ifaçısı Burağ Özcivit də var…
– Bəli, onunla çox yaxınıq. Burağ bəy qonorar əsasında Bakıya səfər edib, gözəl şəhərinizlə tanış olacaq, bir sıra görüşlər keçirəcək. Yarış günü arenada tamaşaçıları salamlayacaq və sonadək doyüsü izləyəcək.
– Gələcəkdə hansı layihələri təşkil etməyi düşünürsünüz?
–Hər il bu yarışı həyata keçirməyi planlaşdırıram. “Qarabağ zəfər gecəsi“ adlı yeni bir tarix başlayır. Bizim məqsədimiz bu gecəni bir əfsanəyə çevirməkdir. Növbəti illərdə 20 yaşdan yuxarı yerli peşəkar idmançılara turnirdə öz güvvələrini sinamasına şərait yaradılacaq. Dünyanın 120-ölkəsində bizim tədbirimiz yayımlanacaq. Çoxlarının bildiyi kimi tək Azərbaycan və Türkiyədə deyil, daha böyük dünya miqyaslı gecə baş tutacaq. Qarşıda bizi böyük bir möhtəşəm kikboks həyacanı gözləyir. 4çılğın türk ilə bərabər, 4 azərbaycanlı döyüşçü komanda şəklində mübarizə aparacaqlar. Bizim əsas vəzifəmizdən biri, türkün gücünü bütün dünyaya göstərməkdir. Azərbaycanda kifayət gədər tanınan idman təşkilatçısı “Motivator Sports” ilə Bəhram Rəcabzadə sayəsində tanışlığımız oldu. Çox güman birgə layihələrimiz olacaq. İndi əsas qarşıdakı işlərimizi uğurla başa vurmaqdır.
–Azərbaycanlı döyüşçüləri menecer kimi təbliğ etməyi fikirləşirsiniz?
–Hazırda Bəhram Rəcabzadə ilə əməkdaşlığımız var. Burdan seçdiyimiz idmançıları Avropaya, Almaniya və Fransa kimi ölkələrdə keçirilən yarışlara göndərmək niyyətimiz var. 20 yaşdan yuxarı istedadlı, peşəkarlar namizədlər olsa, təbii ki onlardan kimisə klubumuza cəlb etməyi düşünəcəyik. İndi planlarımızı Rəcəbzadə ili qururuq. Azərbaycanda keçirilən qarşılaşmaları və məşq edən gəncləri yaxından izləyirəm. “Zabit Səmədov” döyüş klubunda 16 yaşında Akif adında istedadlı bir yeniyetmə var. Bu sürətlə üzərində işləməyi davam etsə, qarşıdan gələn illərdə ona yaxşı təkliflər edə bilərik.
Söhbətləşdi: Aynur MEHDİYEVA