Azərbaycan badminton federasiyasında yeni dövr!

Dekabrın 22-də Azərbaycan badminton federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Ramil Hacıyev 2022–2025-ci illər ərzində Azərbaycan badminton federasiyasının fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə hesabatla çıxış edib. Təqdim olunan hesabat səsvermə yolu ilə təsdiqlənib.

Sonra nizamnamə səsvermə yolu ilə yeni redaksiyada qəbul edilib. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Nəticələrə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən federasiyanın prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə idarə heyətinin üzvləri seçiliblər.

Sonda federasiya prezidenti Taleh Ziyadov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı dövr üçün fəaliyyət planları barədə məlumat verib.

Həmin kateqoriyadan