- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz karyerasında ilk dəfə Uimbldon çempionu olub.
Allsport.az xəbər verir ki, finalda dünyanın ən güclü tennisçisi, “Böyük dəbilqə” turnirlərinin 23-qat qalibi serbiyalı Novak Cokoviçə qalib gəlib.
4 saat 42 dəqiqə davam edən görüş 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4 hesabı ilə başa çatıb.
Britaniya kral ailəsindən olan şahzadə Vilyam və Keyt Middlton dünya şöhrətli tennisçilərin qızğın mübarizəsini yaxından izləyiblər.
