- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 114
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, Bakı tennis akademiyasında keçirilən yarışda müxtəlif yaş kateqoriyalarında 46 idmançı mübarizə aparıb.
8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub. 11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk “üçlük”də qərarlaşıb.
8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.