- Baxış sayı: 38
- 14 Aprel 2025 17:25
- Baxış sayı: 43
- Aprel 14, 2025
- 0
Bakı tennis akademiyasında 18 yaşlılar arasında beynəlxalq reytinqli turnirin 2-ci mərhələsi yekunlaşıb.
Allsport.az saytı xəbər verir ki, Heydər Əliyevin xatirəsinə həsr olunan və 67 idmançının yarışdığı yarışda ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Elvin Həşimov və Diana Yakovleva təmsil ediblər. Adı ilk çəkilən tennisçilərimizin əzmkar çıxışı diqqətdən yayınmayıb.
Yarışda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar iştirak ediblər.