Ukrayna tennis federasiyası Sobolenkonu xatırladaraq, rusları və belarusları kənarlaşdırmağa çağırıb

Allsport.az saytı xəbər verir ki, buna səbəb, açıq Avstraliya çempionatında Arina Sobolenkonun qalibiyyətini və Belarus prezidenti Aleksandr Lukaşenkonun onun qələbəsini qeyd etməsi olub.

Sitat: “Biz dəfələrlə bütün Rusiya və Belarus idmançılarının dünya arenalarında çıxışına qadağa qoyulmasını tələb etmişik. Söhbət hətta idmançıların özlərindən də getmir. Baxmayaraq ki, onların bir çoxu totalitar rejimlərinin fəal tərəfdarlarıdır və xüsusi əməliyyatı həvəslə dəstəkləyirlər.

Bəziləri isə hətta formal olaraq silahlı qüvvələrdə xidmət edir. Qeyd etmək istədiyimiz əsas məqam ondan ibarətdir ki, təcavüzkar dövlətlər öz idmançılarının əldə etdikləri istənilən nailiyyətlərdən öz sistemlərini, adamyeyən ideologiyalarını təbliğ etmək və tərifləmək üçün istifadə edirlər.”

Həmin kateqoriyadan