- Baxış sayı: 230
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 95
- Fevral 06, 2026
- 0

İstanbulda sablyaçı qadınların dünya kubokunun mərhələsi başlayıb. Allsport.az saytı xəbər verir ki, bu mövsümdə 2 dəfə qalib olan Anna Baştanın reytinqi yüksək olduğundan, o, şəxsi yarışda mübarizəyə əsas raunddan başlayacaq.
Digər təmsilçilərimizdən Valeriya Bolşakova istisna olmaqla, Zərifə Hüseynova (2 qələbə), Sevil Bünyatova (4 qələbə), Səbinə Kərimova (2 qələbə) və Polina Kaspiaroviç (3 qələbə) qrupu uğurla adlayaraq pley-ofa yüksəlsələr də, bu mərhələdə uğurlu ola bilməyiblər.