- Baxış sayı: 29
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Neftçi” PFK-nın İdman direktoru Vəli Qasımov klubun rəsmi saytına müsahibə verib. Allsport.az həmin müsahibəni təqdim edir.
– “Neftçi” Avstriya hazırlığını tamamlamaq üzrədir. Artıq iki yoxlama matçı keçirilib. Təlim-məşq toplanışı barədə fikirlərinizi bilmək maraqlı olardı.
– Əvvəlcə onu deyim ki, hazırlıq üçün az vaxtımız oldu. Ümumilikdə təlim-məşq toplanışı yaxşı keçir. Keçirdiyimiz yoxlama oyunlarında məşqçilər heyəti bütün futbolçulara şans verdi. Bildiyiniz kimi komanda üzvlərinin əksəriyyəti gənclərdən təşkil olunub. Onlar üçün bu görüşlərdə meydana çıxmaq təcrübə qazanmaq baxımından vacibdir. Doğrudur nəticə olaraq komanda qələbə qazanmadı amma belə görüşlərdə hesab ikinci plana keçir.
– Gənc futbolçular özünü doğruldurmu?
– Komandamızdakı gənclərin böyük potensialı var. Məşqçilər heyəti də çalışır ki, onların üstün tərəfləri ortaya çıxsın. Komandada olan təcrübəli legioner futbolçular da yerli oyunçulara dəstək olur. Bu gün üçün komanda tam hazır olmasa da, hiss olunur ki, böyük istək var.
– Hazırlıq dövründə komandaya qoşulan yeni transferlərlə bağlı nə deyə bilərsiniz?
– Çalışmışıq ki, “Neftçi”nin oyun planına uyğun futbolçular cəlb edək. Bizim futbolçularımız hər zaman texniki cəhətdən daha güclü olublar. Melli və Aylton isə daha çox taktiki oyun anlayışına yaxındırlar. Fikrimcə onlar komandaya faydalı ola biləcəklər. Məhəmməd Qurbanov da çox istəklidir. İkinci yoxlama matçında da bunu gördük.
– “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Monteneqronun “Mladost” klubu ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?
– Rəqib Avropa Liqasında təcrübəsi və futbol ənənəsi olan komandadır. Heyətindəki futbolçuların əksəriyyəti uzun müddətdir ki, biryerdə oynayırlar. Bəzi insanlar elə düşünür ki, rəqibimiz çox zəifdir və “Neftçi” rahatlıqla mərhələ adlayacaq. Bu düz yanaşma deyil. Rəqibi bu şəkildə qiymətləndirməmək olmaz. Komandamız yeni qurulur və hazırlıq üçün az vaxtımız oldu. Təbii ki, biz meydana qələbə qazanmaq və mərhələ keçmək üçün çıxacağıq. Amma heç kim deyə bilməz ki, bu çox rahat olacaq.
– Heyətə yeni oyunçuların cəlb olunması gözlənilirmi?
– Müəyyən mövqeləri gücləndirmək fkrimiz var. Amma indidən konkret danışmaq düzgün olmaz. İstəyirik ki, komandanı düzgün quraq və əlimizdə olan futbolçuların potensialından tam yararlanaq.