- Baxış sayı: 54
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 42
- Aprel 14, 2025
- 0
Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.
Allsport.az xəbər verir ki, qrup mərhələsini 3 qələbə ilə başa vuran Abbas Hüseynov yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında 107 iştirakçı arasında 29-cu olub. Əsas mərhələdə Avstraliya təmsilçisinə qalib gələn Abbas ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada neytral statusda çıxış edən rusiyalı rəqibinə 10:15 hesabı ilə uduzub.
Qız sablyaçıların şəxsi yarışında Valentina Zeynalova yekun sıralamada 19-cu olub.
Valentina ən güclü 16-lıq uğrunda keçirilən görüşdə honkonqlu rəqibinə 10:15 hesabı ilə məğlub olub.
Digər yeniyetmə qız sablyaçılarımızdan Leyla Əhmədova və Fərəh Abasova qrup mərhələsini uğurla adlasa da, pley-offda mübarizəni dayandırıb.