- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Xəzər adaları» klubu heyətini yeni futzalçılarla gücləndirib. Allsport.az saytnın məlumatına görə, bu gün ölkə çempionatının debütantı Karlos Anos Rodrigez, Lolo Xarken, Çiko Paulistan və Felipe Ribeyrunun rəsmi təqdimatını keçirdi. Adı son çəkilən futzalçı «Araz»dan «Xəzər adaları»na gəlib. Braziliyalı açıqlamasında bildirdi ki, artıq 4 mövsümdür Azərbaycandadır və bunun hamısında çempionluq sevinci yaşayıb. Növbəti belə qələbəni yeni klubunda qazanmaq istəyir.
Digər futzalçılar qeyd etdilər ki, Bakı gözəl şəhərdir. Çıxış edəcəkləri komanda iddialı olduğundan, avrokuboklarda mübarizə aparacağından, gələn təklifə məmnniyyətlə «hə» cavabını veriblər.
Klubun baş məşqçisi Elnur Qənbərov bildirib ki, ispaniyalı oyunçuların səviyyəsi yüksəkdir. Onlar kollektivə yeni güc qatacaqlar: «Çempionatda rəqaət artıb. Rəqiblərimiz qış fasiləsində heyətlərini qüvvətləndiriblər. Bizim hədəf çempion olmaqdır. İnşallah, bütün gücümüzü ortaya qoyub, yekunda istəyimizə nail olarıq».