Yeniyetmə qılıncoynadanlar Bakı birinciliyində mübarizə aparıblar

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda yeniyetmələr arasında paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda qızlar arasında şpaqada Azərin İdriszadə, sablyada Aysel Əhədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanlar arasında şpaqa yarışında Barat Quliyev, sablyada Tuqay Zeynallı qızıl medala sahib olublar. Yarışda ilk üç yeri tutan idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Həmin kateqoriyadan