- Baxış sayı: 100
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Texniki universitetinin idman sarayında 2005-2009-cu il təvəllüdlü qılıncoynadanların ölkə çempionatının qalibləri müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, sablyaçı oğlanlarda Ayxan Xasıyev, qızlarda Zərifə Hüseynova 1-ci olublar.
Rapirada Məhəmməd Nuriyev, Ameliya Məmmədova, şpaqada isə Səid Əliyev və Alfiyə Abdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.