- Baxış sayı: 61
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 66
- Aprel 23, 2025
- 0
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə sablyaçılar arasında “European Cadet Circuit” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, 17 yaşadək oğlan sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli qrup mərhələsini 5 qələbə ilə başa vurub. 1/64 finalda ABŞ təmsilçisi Braydon Boltona 15:9 hesabı ilə qalib gələn Maqsud, 1/32-də sinqapurlu Dan Vei Zuoya 8:15 hesabı ilə məğlub olub.
Digər oğlan sablyaçılarımızdan Saleh Məmmədov və Murad Əkbərov qrupda 3 qələbə qazanaraq pley-offa yüksəlib. Sablyaçılarımız pley-offda rusiyalı həmkarlarına məğlub olub. Saleh Lev Maninə 11:15, Murad Əkbərov isə Yaroslav Savinova 8:15 hesabı ilə uduzub. Qrupda cəmi 1 qələbəsi olan Ayxan Xasiyev isə mübarizəni erkən dayandırıb. Sablyaçı oğlanlarımız komanda yarışında Macarıstanın 2-ci komandasına 29:45 hesabı ilə uduzub.
Eyni yaş kateqoriyası üzrə qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova qrup mərhələsini 3 qələbə ilə bitirərək pley-offa adlayıb. Zərifə 1/64 finalda Rumıniya idmançısı Alissa Stefaneskuya 10:15 hesabı ilə uduzub. Qrupda 1 qələbəsi olan Sara Aydəmirova zərbələrin sayına görə pley-offa yüksəlsə də, burada türkiyəli İrmak Duvana 6:15 hesabı ilə məğlub olub.