- Baxış sayı: 55
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 87
- Aprel 14, 2025
- 0
Bu gün yeniyetmələrin sablyaçıların çıxışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, qrupda 3 qələbə qazanan Murad Əkbərov 1/32 finalda polşalı Marsel Broniszevski (15:13), sonra belaruslu İvan Nasenniki (15:8) yenib.
1/8 finalda özbəkistanlıMusa Aymuradovu (15:12) məğlub edən qılıncoynadanımız, 1/4 finalda rusiyalı Arseni Şelekova 7:15 hesabı ilə uduzaraq, dünya birinciliyində 7-ci olub.
Rəqib ilk pley-off görüşündə qrup mərhələsini 5 qələbə ilə başa vuran digər sablyaçımız Saleh Məmmədova 15:12 hesabı ilə qalib gəlib. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Maqsud Hüseynli isə pley-offda türkiyəli Efe Dincə 11:15 uduzub.