- Baxış sayı: 114
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Yeniyetmə şpaqaçılarımız Slovakiya paytaxtı Bratislavada çıxışını başa vurub.
Allsport.az saytı xəbər verir ki, qızların şəxsi yarışında Nazilə Rəhimova və Xədicə Həsənli 300-ə yaxın iştirakçı arasında 64-lüyə kimi irəliləməyiblər.
Komanda mübarizəsində Alfiyə Abdinova, Nazilə Rəhimova və Xədicə Həsənli ABŞ komandasına 27:38 uduzub.
Oğlanların komanda yarışında Cəmil Hidayətov, Orxan Həsənli və Raul Aruslanov ilk görüşdə İtaliyanın 2-ci komandasına 22:45 məğlub olub.
Görüşləri idarə edən hakimlər arasında Samirə Hüseynova da olub.