- Baxış sayı: 51
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Almaniyalı tennisçi Aleksandr Zverev, Los-Kabosda (ATP-250) keçirilən turnirin 1/8 finalında yaponiyalı Yoşihoto Nişiokanı məğlub edib.
Allsport.az xəbər verir ki, 1 saat 1 dəqiqə davam edən görüş 2 setdə almaniyalının 6:3, 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti mərhələdə Zverev, Thanasi Kokkinakis (Avstraliya) – Dani Evans (Böyük Britaniya) görüşünün qalibi ilə döyüşəcək.