- Baxış sayı: 46
- 19 Mart 2025 22:28
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
7-8 iyun Kosovonun Priştina şəhərində 3×3 basketbol üzrə Avropa kubokunun təsnifat mərhələsinin oyunları baş tutacaq.
Allsport.az xəbər verir ki, təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət millimiz İrlandiya, Kosovo, Kipr, Albaniya, Malta seçmələri ilə, qadın millimiz isə İrlandiya, Kosovo, Kipr, Malta yığmaları ilə üz-üzə gələcək.
Həm kişi, həm də qadın kateqoriyasında yalnız təsnifat mərhələsinin qalibi Avropa kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.