AzDBTIA və AzVİF arasında anlaşma imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tədrisin təkmilləşməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün idman federasiyaları ilə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Allsport.az saytı xəbər verir ki, ölkədə peşəkar idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, ixtisaslı kadrların yetişdirilməsinin məhz belə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyini nəzərə alaraq, AzDBTİA AVİF ilə mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalamaq barədə razılığa gəliblər.

Tərəflər anlaşmaya uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunub. Bundan əlavə, sənəddə AzDBTİA və AVİF ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulur.

Memorandum bir sıra istiqamətlər üzrə sıx əməkdaşlığı nəzərdə tutur və AzDBTİA-nın rektoru Fuad Hacıyev və AVİF-in vitze-prezidenti Sahib Ələkbərov arasında imzalanıb.

Həmin kateqoriyadan