- Baxış sayı: 57
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Futzal üzrə UEFA kubokunun elit mərhələsində çıxış edən təmsilçimiz “Araz” bu gün son oyununa çıxıb. Allsport.az xəbər verir ki, Çex Respublikasının Pardubice şəhərindəki “CEZ Arena” kompleksində keçiriləcək oyunda “Araz” yerli “Xrudim” komandası ilə qarşılaşıb.
Oyun təmsilçimizin böyük hesablı məğlubiyyəti ilə başa çatıb. Altı cavabsız qolla uduzan Azərbaycan çempionu turniri fiasko ilə tərk edib.
Xatırladaq ki, “Araz” əvvəlki oyunlarında Slovakiya “Slov-Matik”inə (3:4) və Rusiya “Dina”sına da uduzmuşdu.
Qrupun digər oyununda “Dina” “Slov-Matik”ə 4:1 hesabıyla qalib gəlib.
Araz – Xrudim 0:6 (0:3)
Qollar: Alvarito, 4 (0:1). Reşetar, 7 (0:2). Slovaçek, 16 (0:3). Mareş, 25 (0:4). Taverna, 33 (0:5). Deyvisson, 38 (0:6).
Qrupdakı son durum: Dina – 9 xal, Xrudim – 6, Slov-Matik – 3, Araz – 0.