- Baxış sayı: 57
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Bu gün futzalçıların UEFA kubokunun elit-raundunda “Araz” klubu ilk matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, “Dördlər finalı”na vəsiqə uğrunda mübarizədə Naxçıvan təmsilçisi “B” qrupunda Slovakiya “Slov-Marik”i ilə görüşüb.
Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada rəqib sevinən tərəf olub – 3:4. Bizdən Fineo (22 dəq.), Fərzəliyev (23) və Eduardo (40) fərqləniblər. Bu mərhələdə yalnız qrup qalibləri həlledici matçlara vəsiqə qazanacaq.