AVİF-in BŞGİBİ ilə birgə sərgisi

Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı yaradıcı gənclərin tanıtımına dəstək olmaq məqsədi ilə velosiped idmanı ilə bağlı rəsm, heykəl və dekorativ sənət növləri üzrə müsabiqə elan edir.

Allsport.az saytı xəbər verir ki, müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabr ayının 21-dən 24-dək Dənizkənarı Milli Park ərazisindəki “Park Bulvar” Əyləncə və Ticarət mərkəzində sərgilənəcək.

Müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabr ayının 21-dən 24-dək Dənizkənarı Milli Park ərazisindəki “Park Bulvar” Əyləncə və Ticarət mərkəzində sərgilənəcək. Qaliblərin adı dekabrın 24-ü, saat 18:00-da açıqlanacaq.

Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 AZN məbləğində pul mükafatı qazanacaq. Bundan başqa, digər həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Rəsm əsərlərinin ölçüləri 60×80 sm-dən kiçik olmamalıdır.

 

Həmin kateqoriyadan