- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gənclər və İdman Nazirliyi və Velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə Xızıda şosse növü üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.
Gözlənildiyi kimi, medalları ölkəmizin “Synergy Baku” kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıb. 30 km məsafəyə fərdi ötüşmədə elit yığma komandamzın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.
112 km məsafəyə qrup ötüşməsində isə elit yığma komandamzın velosipedçisi, “Tour d’Azerbaidjan-2017” veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib – 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb – 3 saat, 4 dəqiqə, 29 saniyə. 2-ci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə 3-cülüklə kifayətlənib.