Azərbaycan Gəncləri Günü münasibətilə veloyürüş təşkil olunacaq

“İrəli” İctimai Birliyinin, Bakı-2015-in, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Dövlət Bayrağı Meydanının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə “Gənclik veloyürüşü” keçiriləcək.

Allsport.az xəbər verir ki, veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.

Velosiped idmanının ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq idmanın bu növünün gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Dövlət Bayraq Meydanından start götürəcək “Gənclik veloyürüşü” Azadlıq Meydanında başa çatacaq.

Həmin kateqoriyadan