- Baxış sayı: 65
- 18 Mart 2026 20:11
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan velosiped idmanı federasiyasının istəyi baş tutmayıb. Allsport.az saytı xəbər verir ki, bunu ukraynalı qoşaçarxçı Yelena Starikovanın özü açıqlayıb. Tokio-2020-nin gümüş mükafatçısı, ölkəmizin şərəfini qorumaq təklifi alsa da, bundan imtina etdiyini söyləyib:
“Yəqin ki, hamını Azərbaycana dəvət etmişdilər. Çoxu da ora getdi. Mən buna hazır deyiləm. Ola bilsin ki, vətənpərvərəm. Başa düşürəm ki, vəziyyət o qədər də yaxşı deyil və pul da az verirlər. Amma öz ölkəmdə olmaq və çalışmaq istəyirəm. Həm də göy-sarı rəngləri çox sevirəm”.