AzDBTİA-da Ağacan Abiyevin 80 illik yubileyi keçirilib

Bu gün Milli Olimpiya Komitəsinin baş katibi, Boks federasiyasının 1-ci vitse-prezidenti, texniki elmləri namizədi, professor, Azərbaycan əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenlərinin sahibi Ağacan Abiyevin 80 illiyi ilə bağlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yubilyarın şərəfli həyat yolunu əks etdirən film nümayiş etdirilib. Sonra yığıncağa gələn qonaqlar, idman və elm xadimləri, idman federasiyasiyalarının nümayəndələri və digərləri onun həyat fəaliyyətini yada salıb, uğurlarından danışıblar.

Çıxış edənlər arasında gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, görkəmli elm xadimi Nikolay Andreyeviç Putin, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəssamlar İttifaqının sədri Fərhad Əliyev, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Boks federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Milli Məclisin deputatı Hadı Rəcəbli, “İdman” qazetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev və Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli ürək sözlərini çatdırıblar.

Həmin kateqoriyadan