- Baxış sayı: 69
- 09 Mart 2025 11:11
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
Respublika velotrekində trek velosipedi üzrə federasiya kubokunun 1-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda 50-yə yaxın idmançı iştirak edib.
Qızlarda fəxri kürsünün ən yüksək pilləsinə Viktoriya Sidorenko qalxıb. Lalə Abdürəhmanova 2-ci, Radha Şabanova 3-cü olub.
Oğlanlarda Musa Mikayılzadə ən yaxşı göstərici ilə 1-ci yer tutub. Kamran Mirzəxanov və Şahin Eyvazov müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.
İdmançılara mükafatları Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Mədət Quliyev və Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov təqdim ediblər. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.