AzVİF təltif edilib

Azərbaycan Velosiped İdmanı Federasiyası ölkəmizdə aparılan dövlət gənclər siyasətinin inkişafı və gənclərin ictimai-siyasi proseslərdə iştirakı sahəsində “İrəli” İctimai Birliyi ilə 2015-ci ildəki sıx əməkdaşlığına və göstərdiyi dəstəyə görə xüsusi diplomla təltif edilib.

Allsport.az saytı xəbər verir ki, mükafat federasiyanın baş katibi Fərhad Əliyevə “İrəli” İctimai Birliyinin ilin yekunları ilə bağlı keçirdiyi tədbir zamanı təqdim edilib.

Həmin kateqoriyadan