- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Zaqatala rayonu Bəhmətli kəndində yaşayan 6-cı sinif şagirdi, atasız böyüyən Damla Ramazanova yeni təqvim ili ərəfəsində Şaxta babaya məktub yazaraq, ondan çoxdandır arzusunda olduğu velosiped istəyib. Allsport.az saytı xəbər verir ki, onun bu istəyini velosiped idmanı federasiyası və respublika olimpiya velosiped məktəbi yerinə yetirib.
Federasiya və məktəbin nümayəndələri ilə birlikdə Damlanın yaşadığı evə gedən Şaxta baba balaca Damlaya qoşaçarx və digər hədiyyələr verərək, onu Dünya Azərbaycanlılarının həmrəylik günü və Təqvim bayramı münasibətilə təbrik edib.